“Zelenski müharibə alverçisidir”- Medvedçuk

“Ukrayna prezidenti Volodimir Zelenski “müharibənin satıcısına çevrildi” və bu, onu hələ də ayaqda saxlayır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ukraynalı siyasətçi, Vladimir Putinin “adamı” kimi tanınan Viktor Medvedçuk deyib.

“Zelenski Rusiya ilə müharibənin satıcısına çevrilib. Onu hələ də ayaqda saxlayan məhz bu siyasətdir. O, Qərbin, ilk növbədə Amerikanın hərbi-sənaye kompleksinin pulu ilə işləyir və ABŞ bu siyasət altında bütün kollektiv Qərbi əzdi”, – deyə, o, bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Donbassdakı münaqişəyə son qoymaq əvəzinə, bütün ölkəni silahlı qarşıdurmaya sürükləyib:

“Siyasi vəziyyət danışıqları tələb edir, Ukrayna lideri bunu təmin edə bilmir”.

Safura Bənnayeva
Globalinfo.az