Kremldən ABŞ-a xəbərdarlıq: “Bunun cavabını görəcəksiniz”

KMO 189775 00127 1 t222 191416

Moskva Sevastopola edilən hücumun arxasında kimin dayandığını bilir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O həmçinin baş verənlərə görə dost olmayan ölkələrdən hələlik heç bir başsağlığı almadıqlarını deyib.

Peskov baş verənlərə görə cavab verəcəyini bildirib:

“ABŞ-ın rusiyalıların öldüyü döyüş fəaliyyətinə cəlbi təbii ki nəticəsiz qalmayacaq. Bunların nə olacağını zaman göstərəcək”.

O, Rusiyanın Krım və Dağıstanda baş verənlərdən sonra 2000-ci illərin əvvəlindəki dönəmə qayıtmayacağını bildirib.

Qeyd edək ki, dünən Sevastopolda çimərliyə ATACMS raketləri ilə hücum edilib. Nəticədə yüzdən çox insan yaralanıb. Dağıstanda-Dərbənd və Mahaçqala şəhərlərində isə terrorçularla polis arasında toqquşma yaşanıb. Nəticədə hər iki tərəfdən ölənlər və yaralananlar var.

Əliyar Xəlil

Globalinfo.az