Lənkəranda evdə qadın meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu gün günorta saatlarında şəhərin Balaməmməd küçəsi 4/2 ünvanında qadın meyiti aşkar olunub.
Təcili yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları adı çəkilən ünvanda olublar. Məlum olub ki, meyit Lənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızı Rəhimovaya məxsusdur.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.