Rusiya XİN-dən xəbərdarlıq: Qərbin davranışları cavabsız qalmayacaq

“Qərbin qeyri-dost hərəkətləri cavabsız qalmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər NAzirliyinin bəyanatında deyilir.

“Avropa İttifaqı ölkəmizə qarşı qarşıdurma siyasətini davam etdirir. Birtərəfli məhdudlaşdırıcı tədbirlərlə Rusiyaya təzyiq göstərməyə çalışır. İyunun 24-də Aİ ölkələri növbəti 14-cü sanksiyalar paketini qəbul etdilər. Avropa İttifaqının bu cür hərəkətləri beynəlxalq hüquqi baxımdan qeyri-legitimdir. Çünki onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmadan həyata keçirilir. Bütün bu addımlar  qlobal çoxluq dövlətlərinin Aİ-yə etimadını sarsıdır. Bu qeyri-dost addımlara cavab olaraq Avropa institutlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin Rusiya ərazisinə daxil olmaq hüquqları xeyli məhdudlaşdırılıb və qadağa siyahısı genişləndirib. Rusiya bir daha xatırladır ki, Qərb ölkələrinin qeyri-dost davranışları lazımi cavabını alacaq”, – bəyanatda vurğulanır.

Müşviq Tofiqoğlu
Globalinfo.az