KTMT baş katibi terrordan danışdı: “Bu tip problemləri uğurla həll etmək üçün…”

“Rusiya kömək istəsə, müttəfiqlər kənarda durmayacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.

“Bu cür hadisələr (Dağıstanda terror aktı – red.) regional səviyyədə vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər. Hazırda Rusiyadan KTMT-yə kömək üçün heç bir müraciət daxil olmayıb. Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. Lakin ikitərəfli əməkdaşlıq potensialı da əhəmiyyətlidir. Əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənarda durmayacaqlar”, – Tasmaqambetov vurğulayıb.

Xatırladaq ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

Müşviq Tofiqoğlu
Globalinfo.az