“Azərbaycanfilm”də daha bir istefa

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında daha bir ayrılıq yaşanıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, kinostudiyanın Mətbuat Xidmətinin rəhbəri Ramil Ələkbərov işdən ayrılıb.

O, 2022-ci ilin aprelindən bu vəzifədə çalışırdı.

Qeyd edək ki, bundan əvvəl də “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, onun müavini Aydın Hüseynov və prodüser Emil Nəcəfov öz ərizələri ilə tutduqları vəzifədən azad ediliblər.

R.Ələkbərov daha əvvəl verdiyi açıqlamasında istefaları kinostudiyanın fəaliyyətsizliyi ilə əlaqələndirib.

Bir neçə gün əvvəl isə həmin vəzifəyə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin “Azərbaycanfilm” studiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.