Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.