
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen İnə verdiyi “Aurus” markalı avtomobilin nömrəsi müzakirələrə səbəb olub. Belə ki, “7 27 1953” rəqəmi Koreya müharibəsinin bitdiyini bildirən Koreya Atəşkəs Sazişinin rəsmi olaraq bağlandığı 27 iyul 1953-cü il tarixi ilə üst-üstə düşür.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu məsələnin təsadüf olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Kim Çen İnə yeni “Aurus” avtomobili, admiral xəncəri və çay dəsti hədiyyə edib. O, Rusiya istehsalı avtomobili hədiyyə olaraq alan ilk lider olub. Şimali Koreya lideri Kim Çen İn isə Rusiya Prezidenti Vladimir Putinə ölkəyə səfəri zamanı iki ov iti hədiyyə edib.
Əliyar Xəlil
Globalinfo.az