Makron bu tarixdə istefa verə bilər

347054762664205

Fransa Prezidenti Emmanuel Makron Paris olimpiya oyunlarına bir həftə qalmış istefaya gedə bilər.

Globalinfo.az xəbər verir ki, bunu “Bellingcat” yazıb. Sayt iddia edir ki, Makronun partiyasının Avropa Parlamentinə keçirilən seçkidə məğlubiyyəti Fransa lideri üçün neqativ faktora çevrilib. Bununla belə qeyd edilir ki, Fransa olimpiadanın keçirilməsinə daha az hazır vəziyyətdədir, bu fonda ölkədə terror təhdidi səviyyəsi olimpiya oyunları tarixi boyunca ən maksimum səviyyəyə çatıb. Bundan isə Makronun istifadə edərək, istefaya gedə biləcəyi və baş verəcəklərin hamısını yeni hökumətin üzərinə ata biləcəyi qeyd edilib.

Xatırladaq ki, ayın sonu Fransada təcili parlament seçkisi keçirilməlidir. Seçkidə qələbəyə əsas namizəd ultrasağçı Milli Birlik Partiyası hesab edilir.

Əliyar Xəlil
Globalinfo.az