Ruhi əsəb xəstəlikləri dispanserində ölüm

Şəki rayon ruhi əsəb xəstəlikləri dispanserində ölüm hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 11-i baş verib. Dispanserdə müalicə alan, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Telman Zeynullah oğlu Məmmədovun halı qəfildən pisləşib və o həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.