Szinpindən Blinkenə: Çin ABŞ-la rəqabətdən qorxmur

Çin prezidenti Si Cinpin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş zamanı Si Cinpin Pekinin rəqabətdən qorxmadığını diqqətə çatdırıb.

“Çin çiçəklənən və inkişaf edən ABŞ-ı görməkdən şaddır. ABŞ-ın da Çinin inkişafına müsbət tərəfdən baxacağına ümid edir. Əgər bu fundamental problem həll olunarsa, o zaman Çin-ABŞ münasibətləri həqiqətən sabitləşəcək, yaxşılaşacaq və irəliyə gedəcək”.

Si Cinpin bildirib ki, Çin ABŞ-la əməkdaşlığa hazırdır. Lakin bu əməkdaşlıq ikitərəfli olmalıdır.

“Çin rəqabətdən qorxmur, lakin bu, birgə tərəqqiyə söykənməlidir. Pekin bloklara qoşulmamağa sadiqdir. Ancaq ABŞ da öz ətrafında qruplar yaratmamalıdır. Hər iki tərəfin öz dostları və tərəfdaşları ola bilər. Lakin onlar bir-birini hədəfə almaqdan və zərər verməkdən çəkinməlidir”.

Çin lideri ABŞ-ı dünyada sülhün bərqərar olması üçün məsuliyyət daşımağa və müxtəlif ölkələrin inkişafına imkanlar yaratmağa çağırıb.

“Çin və ABŞ qlobal birliyin təşviqində fəal rol oynamalı və yaxşı nümunə göstərməlidir”, – deyə Si Cinpin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az