662bbb19f3db8662bbb19f3db91714141977662bbb19f3db6662bbb19f3db7

Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən xəbərə görə, sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qala divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
662bbb1971e6c662bbb1971e6d1714141977662bbb1971e6a662bbb1971e6b<

662bbb19eb85d662bbb19eb85e1714141977662bbb19eb85b662bbb19eb85c 662bbb19e1829662bbb19e182a1714141977662bbb19e1825662bbb19e1828 662bbb19d27e2662bbb19d27e31714141977662bbb19d27df662bbb19d27e1 662bbb19afb5e662bbb19afb5f1714141977662bbb19afb5b662bbb19afb5c 662bbb19a60cc662bbb19a60cd1714141977662bbb19a60ca662bbb19a60cb 662bbb199cfc6662bbb199cfc71714141977662bbb199cfc4662bbb199cfc5 662bbb1991613662bbb19916141714141977662bbb1991610662bbb1991612

Paylaş: