Baydendən gözlənilməz Tramp açıqlaması: “Hazıram…”

ABŞ Prezidenti Co Bayden Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Bayden bunu jurnalist Hovard Sternlə müsahibəsində deyib.

“Bilmirəm nə vaxt… Ancaq mən Trampla debata hazıram”, – Bayden vurğulayıb.

Qeyd edək ki, Ağ Evin keçmiş sahibi Donald Tramp dəfələrlə Baydeni debata çağırıb. O, Amerika liderinin koqnitiv problemlərinin olduğunu iddia edib.

Xatırladaq ki, Debat komissiyası sentyabrın 16-dan oktyabrın 9-dək keçiriləcək üç raundun tarixlərini təyin edib.

Əliyar Xəlil
Globalinfo.az