ABŞ tanklarını Ukraynadan geri çəkir – Şok səbəb

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun Ukraynanın Rusiya ilə münaqişədə qalib gəlmə ehtimalı ilə bağlı suala cavab verməkdən yayınıb.

Globalinfo.az xəbər verir ki, o, həmçinin Rusiya PUA-larının təhlükəsi səbəbindən “Abrams” tanklarının cəbhə xəttindən geri çəkilməsi ilə bağlı sualı da cavabsız qoyub.

“Burada əsas məsələ Ukraynanın özünü müdafiə edə biləcəyinə əmin olmaqdır”, – deyən Braun jurnalistlərin bütün suallarını Ukrayna tərəfinə yönləndirib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Rusiya pilotsuz təyyarələri qarşısında zəif olduğuna görə Amerikanın “Abrams” tanklarından istifadəni dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az