Petrosyanın səhhəti pisləşdi: xəstəxanaya aparıldı

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan 4 gün xəstəxanada qaldıqdan sonra bu gün evə buraxılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan bildirib.

Məlumata görə, keçmiş prezident aprelin 22-də Ermənistanda “Best life” tibb mərkəzində gedib. 4 gün müddətində onun hansı səbəbdən xəstəxanada qaldığı açıqlanmayıb.

Mətbuat katibi Petrosyanın müayinədən keçmək üçün xəstəxanaya getdiyini bildirsə də, prosesin 4 gün davam etməsi diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az