Mingəçevirdə qorxulu anlar: bıçaqla insanlara hücum edən kimdir? – VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, sakinlər bir qadının gecə saatlarında binalara daxil olduğunu, onlara qorxulu anlar yaşatdığnı, bıçaqla camaatın üstünə hücum çəkdiyini deyib.

Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:

“Deyilənə görə, o qadın mollalıq edir. Binaya girdiyini dəfələrlə görmüşəm. Eynəkli qadındır, sifəti bağlı, başı örtülüdür”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, polisə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb. Həmin qadının Mingəçevir Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Ətraflı Baku TV-nin süjetində: