Ərdoğanın ABŞ-a səfəri ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin təxirə salındığı rəsmən təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mayın 9-da planlaşdırılan səfərin proqramdakı uyğunsuzluqlar səbəbindən təxirə salındığı və Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun hər iki tərəf üçün əlverişli olan tarixdə reallaşacağı bildirilib.

***20:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Bloomberg“ çıxış edib.

Bildirilib ki, mayın 9-na planlaşdırılan səfər Türkiyənin müraciəti əsasında təxirə salınıb. Buna rəsmi Ankaranın müvafiq müraciəti səbəb olub.

Qeyd edək ki, hər iki lider arasında sonuncu görüş NATO-nun ötən ilin iyulundakı Vilnüs sammitində baş tutub.