Lavrovdan NATO bəyanatı: “Tamamilə yalandır”

“NATO-nun müdafiə ittifaqı olması ilə bağlı deyilənlər yalandır. NATO üçün Asiya və Sakit Okean hövzəsi kifayət deyil. Onlar Latın Amerikasına doğru irəliləyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Latın Amerikasındakı problemlərin təcili həllinin tərəfdarı olduqlarını və ABŞ-ın Kubaya qarşı iqtisadi blokadaya son qoymasının vacibliyini diqqətə çatdırıb.

“Biz Boliviya ilə birlikdə bəzi xarici güclərin Latın Amerikası ölkələrinin, xüsusilə Venesuela və Nikaraquanın daxili işlərinə qarışmaq cəhdlərinə qarşıyıq”.

Bolivyanın xarici işlər naziri Celinda Sosa Lunda ilə görüşən Lavrov Argentinanın Boliviya sərhəddində hərbi varlığını gücləndirməsinə və NATO ortağı olmaq istəyinə toxunub.

“NATO-nun müdafiə ittifaqı olması ilə bağlı deyilənlər yalandır. Asiya Sakit Okean hövzəsi onlara kifayət etmir. NATO Latın Amerikasına doğru irəliləyir. Dünyanın bir çox ölkəsi bunun təhdid olduğunu anlayır”, – Lavrov vurğulayıb.

Boliviyanın xarici işlər naziri Lunda ABŞ-ın Kuba, Venesuela və digər ölkələri blokadaya aldığını bildirib. O, demokratik təsisatların liderliyi ilə çoxqütblü dünya nizamının qurulmasının tərəfdarı olduqlarını vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az