Bakıda körpə faciəvi şəkildə öldü: hadisə yerindən görüntülər – VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib.

Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub.

Dörd aylıq körpə qız uşağının anasının qucağından düşərək ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

***15:56

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.

Globalinfo.az xəbər verir ki, aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

***13:50

Sabunçu rayonunda “Ramana sovxozu” adlanan ərazidə azyaşlı qız eyvandan yıxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər.

Məlumata görə, 4 aylıq Eyvazlı Ayla Tural qızı binanın 4-cü mərtəbəsinin pəncərəsindən yerə düşərək ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.