Taksimi qana boyayan qadının cəzası bilindi

2022-ci ildə İstanbulun İstiqlal küçəsində terror aktı törətməkdə təqsirləndirilən Ahlam Albashıra hökm oxunub.

Globalinfo.az xəbər verir ki, məhkəmə onun 1794 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.