Bu, Paşinyan üçün ən yaxşı seçimdir – Poqosyan

“Uduzan hökumət yeni məğlubiyyətlərə səbəb olacaq. Buna görə də, Paşinyan üçün ən yaxşı seçim öz xoşu ilə hakimiyyətdən getməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.

“Baş verənlərin milli oyanışa səbəb olması üçün imkanlar var. Bu da milli konsolidasiyaya gətirib çıxaracaq və ölkədə dirçəliş başlayacaq. Ancaq buna nail olub-olmayacağımızı deyə bilmərəm. Mübarizə üsulları yerində formalaşmalıdır. Yeganə yol odur ki, hər kəs şəxsən məsuliyyəti öz üzərinə götürsün. Çünki cəmiyyəti parçalamağa çalışanda hakimiyyət bundan istifadə edir. Ona görə də düşüncənizi dəyişməsəniz, bu, eyni səhv nəticələrə gətirib çıxaracaq. Milli birlik olmayana qədər heç bir üsul işləməyəcək”, – Poqosyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az