Rusiya və İranda terror aktlarının başvermə səbəbi budur – general Aştiani

 

İranın müdafiə naziri rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Məhəmməd Rza Aştiani Şoyqu ilə görüşdə Rusiyada törədilən terror aktlarının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, Rusiyada terror aktları ABŞ-ın terrorizmə dəstəyi səbəbindən baş verib.

“Rusiya və İranda baş verən terror aktları Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın terror qruplaşmalarına dəstəyi nəticəsində həyata keçirilib”, – Aştiani vurğulayıb.

Qeyd edək ki, daha öncə Aştiani Moskva ilə Tehran arasında münasibətlərin yeni səviyyəyə çatdığını bildirmişdi. Həmçinin tərəflər arasında böyük dövlətlərarası sazişin imzalanması da gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az