Berlində Azərbaycana dəstək aksiyası keçirildi – VİDEO

Bu gün Azərbaycan icması Berlində Brandenburq qapısı önündə Azərbaycana və Azərbaycan Respublikası Prezidentinə dəstəyinizi ifadə olunduğu aksiya keçirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, “Koroğlu” uvertürasının sədaları altında keçirilən aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl səylər göstərdiyini vurğulanıb, Azərbaycana qarşı təzyiq cəhdləri yolverilməz sayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə, “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniya kansleri Olaf Şoltsla görüşüb . Azərbaycan Prezidentinin Almaniyaya səfərindən narahat olan erməni diasporu və bəzi dairələr bu gün Berlindəki Federal Kansler binasında etiraz aksiyası keçirib. Regionda sülh üçün yaxşı imkanların yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışırlar və aksiyada da bu yöndə təxribat xarakterli şüarlar səsləndirilib.

Berlində diaspor fəallarının Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO

Berlində diaspor fəallarının Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO