
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb.
Globalinfo.az xəbər verir ki, Özgür Özəl “Prezidenti təhqir etmək”, “Cinayət törətməyə açıq çağırış“, “Dövlət məmurlarını vəzifələrinə görə təhqir etmək və hədələmək” maddələri ilə ittiham olunur.
Onun barəsində Ankara Baş Prokurorluğu tərəfindən istintaq aparılır.