Mühəndislər çəkisi cəmi 40 qram olan və uçuş zamanı həşəratları məhv edə bilən avtonom mikrodron hazırlayıblar.
Globalinfo.az xəbər verir ki, layihənin müəllifi olan “Tornyol Systems” şirkəti bu texnologiyanı gələcəkdə ağcaqanadların tamamilə məhv edilməsinə doğru atılan mühüm addım kimi qiymətləndirir.
Bildirilir ki, mikrodron ilk sınaqlar zamanı uçuş halında olan güvəni uğurla vurub. Sistem artıq ağcaqanadları qanad çırpıntılarının yaratdığı səsə görə tanıya bilir və onları 8 metrədək məsafədə hədəfə almaq imkanına malikdir.
Hazırda dronun fəaliyyəti yüzlərlə mikrofondan ibarət xarici sistem və ayrıca kompüter vasitəsilə idarə olunur. Tərtibatçılar yaxın həftələrdə bütün hesablama prosesini dronun öz daxili avadanlığına köçürməyi planlaşdırırlar.
Aysel Əliyeva
Globalinfo.az