atom saati

Türkiyədə hazırlanan rubidium atom saatı (RAFS) ilk dəfə kosmosa çıxarılıb və aşağı Yer orbitində sınaqlara başlayıb.

Globalinfo.az xəbər verir ki, Türkiyə Kosmik Agentliyinin məlumatına görə, atom saatı TÜBİTAK UZAY Kosmik Texnologiyalar Araşdırma İnstitutunun birgə əməkdaşlığı ilə hazırlanıb.

Qurğu 7 iyul tarixində SpaceX-in Transporter-17 missiyası çərçivəsində orbitə göndərilib.

Bildirilir ki, kosmosa çatdırılan RAFS-dən ilk siqnal artıq uğurla qəbul edilib.

Agentlik qeyd edib ki, layihə Türkiyənin Milli Kosmik Proqramının strateji hədəflərindən biri olan Regional Mövqetəyinetmə və Vaxt Sinxronlaşdırma Sisteminin yaradılması istiqamətində mühüm addım hesab olunur.

Gözlənilir ki, rubidium atom saatı aşağı Yer orbitində ən azı bir il fəaliyyət göstərəcək. Bu müddət ərzində mütəxəssislər qurğunun vakuum, radiasiya, temperatur dəyişiklikləri və digər kosmik mühit amilləri altında işləmə xüsusiyyətlərini qiymətləndirəcəklər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: