Avropa yenidən küncə qısılır: Bakı variantı işə düşür

Mayda Rusiyadan Avropaya qaz tədarükü ABŞ-dan olan idxaldan iki dəfə çox olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Financial Times” qəzeti yayıb.

Qəzet yazır ki, 2022-ci ilin sentyabrında yəni Ukraynada müharibənin başlanmasından 6 ay sonra ABŞ ilk dəfə Rusiyanı Avropaya qaz tədarükündə üstələmişdi. 2023-cü ildə isə ABŞ Avropanın qaza tələbatının beşdə birini ödəyirdi.

Maraqlı məqam odur ki, keçən ay Rusiya qazı AB-nin, Britaniyanın, İsveçrənin, Serbiyanın, Bosniya və Herseqovinanın və Şimali Makedoniyanın ümumi tələbatının 15%-nin təşkil edib. Amerikalılarda isə bu göstərici 14% təşkil edib.

“Financial Times”ın iddiasına görə, tədarükün artmasına təsir göstərən əsas amil ABŞ-ın sıxılmış qaz ixracatı həyata keçirən müəssisəsində fasilələrin yaranması olub. Bunun əvəzində isə Rusiya Türkiyə üzərindən iyunda planlaşdırılan təmir işləri ərəfəsində daha çox qaz göndərib.

Qəzetə açıqlama verən İCİS konsaltinq şirkətinin analitiki Tom Marçek-Manser bu üstünlüyün uzun müddət davam etməyəcəyini deyib. Buna səbəb kimi yaydan etibarən Rusiyanın Asiyaya Şimal dəniz yolu vasitəsilə sıxışılmış qaz tədarükünə başlayacağını göstərib.

Üstəlik, bu il Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin vaxtı bitir. Bu da tranzit marşrutunun taleyini təhlükə altına alır. Qəzet yazır ki, Avropa Komissiyası buna görə Azərbaycanla AB arasındakı Cənub Qaz Dəhlizinin buraxılış imkanının genişləndirilməsi üçün investisiya planı üzərində çalışır.

 Əliyar Xəlil
Globalinfo.az