Gürcüstan bazarında yeni rəqəmlər – Azərbaycan neçəncidir?

Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 2024-cü ilin yanvar-may ayları arasında 5,3% azalıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Statistika Xidməti yayıb.

Məlumata görə, Rusiya ilə ticarət 1 milyard dollardan çox olub və bu göstərici ilə o, ikinci yeri tutub. Üstəlik Tbilisinin Rusiyadan idxalatı 6,2% azalaraq 730 milyon dollar təşkil edib.

Rusiyanı ticarət dövriyyəsinə görə Türkiyə üstələyib. Ankara ilə Tbilisi arasında ticarət dövriyyəsi 1,254 milyard dollar olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. İlk üçlüyü Çin 10%-lik artımla tutub.

Gürcüstanın əsas ticarət tərəfdaşları arasında sonrakı yerlərdə ABŞ (640 milyon dollar), Azərbaycan (500 milyon dollar) və Almaniya (421 milyon dollar) qərarlaşıb.