MİDA yeni yaşayış kompleksi tikəcək – Ünvan

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına başlayır.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi nəzərdə tutulub.

MİDA bununla əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.