arkadi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Arkadi Dvorkoviç vəzifəsini müvəqqəti tərk etdiyini bildirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Dvorkoviç bunu adının Avropa Birliyinin (AB) 21-ci sanksiyalar siyahısına salınması ilə izah edib.

O, AB qərarını əsassız adlandırıb və qərarla bağlı bütün mümkün hüquqi addımların atılacağını bildirib.

Arkadi Dvorkoviç hesab edir ki, məhkəmənin yekun qərarınadək sanksiyalar FİDE-nin fəaliyyətinə mane ola bilər, bu səbəbdən də prezident vəzifəsindən müvəqqəti olaraq könüllü getmək qərarı verib.

FİDE-nin Nizamnaməsinə görə, Prezident səlahiyyətlərini qurumun vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.

Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-nin prezidentidir. O, 2022-ci ildə keçirilən seçkidə ikinci dəfə bu vəzifəyə seçilib.

Paylaş: