8 HDR

“F-16” qırıcılarının ən müasir modifikasiyalarından biri hesab olunan “F-16 Block 72” ilk sınaq uçuşunu həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə təyyarənin istehsalçısı “Lockheed Martin” məlumat yayıb.

Şirkətin açıqlamasına əsasən, Mərakeş üçün hazırlanmış ilk “F-16 Block 72” ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərində ilk dəfə havaya qalxıb.

“Lockheed Martin” bildirib ki, ilk uçuş Mərakeş Kral Hərbi Hava Qüvvələrinə “F-16”nın ən müasir versiyasının təhvil verilməsi istiqamətində mühüm mərhələlərdən biridir.

Paylaş: