1021432 src

İran ABŞ dövlət katibi Marko Rubionun Hörmüz boğazı ilə bağlı açıqlamasına cavab verib.

Globalinfo.az xəbər verir ki, SEPAH müşaviri Məhəmməd Rza Nəqdinin sözlərinə görə, İran Hörmüz boğazına tam nəzarət edir və Tehranla razılaşdırılmayan marşrutları bağlamağa hazırlaşır.

Nəqdi qeyd edib ki, boğazın hazırkı vəziyyəti İranın tələbləri yerinə yetirilənədək davam edəcək.

Qeyd edək ki, Rubio bir neçə saat əvvəl İranın Hörmüz boğazına nəzarəti itirdiyini və su yolunun açıq olduğunu bildirmişdi.

SEPAH komandirinin müavini Yədullah Cavani isə xarici hərbi gəmilərin İranın hərbi potensialından ehtiyatlanaraq ölkənin ərazi sularından 1000 kilometrdən çox uzaqlaşdığını iddia edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: