Pasinyan gulus 2

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin geri qaytarılıb-qaytarılmayacağı barədə suala konkret cavab verməyib.

Globalinfo.az xəbər verir ki, o, jurnalistlərin məsələ ilə bağlı sualını cavab olaraq yaxın günlərdə brifinq keçirəcəyini deyib.

“Cümə axşamı brifinqimiz var”, – baş nazir qeyd edib.

Jurnalistlər qərarın artıq qəbul edilib-edilmədiyini dəqiqləşdirməyə çalışsalar da, Paşinyan cavab vermədən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, əsgər Nəsimi Musayevin saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: