why does natural gas burn blue

Masallı rayonunun bir neçə kəndində sabah qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən saat 10:00-dan işlər başa çatanadək Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Paylaş: