5 President Trump hosts cabinet meeting at the White House Washington USA 26 Mar 2026

Avropa Parlamentinin Strasburqdakı binasında ABŞ Prezidenti Donald Trampın çılpaq təsvir edildiyi heykəl nümayiş etdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.

“Narıncı vəba” adlandırılan əsərdə Tramp əlində qolf dəyənəyi ilə bir kişinin çiyinlərində təsvir olunub. Təxminən 2,5 metr hündürlüyündə olan heykəlin üzəri 23 karatlıq qızıl təbəqə ilə örtülüb.

Əsər Danimarkanın Sol Partiyasından olan Avropa Parlamentinin deputatı Per Klauzenin sifarişi əsasında heykəltəraş Yens Qalşot tərəfindən hazırlanıb.

Klauzen daha əvvəl bir neçə dəfə Trampı iqlim böhranının əsas səbəbkarı kimi qiymətləndirib.

telemmglpict000506322709 17913616818723 trans nvbqzqnjv4bq3br6b9unifgtbrx3nj9 cri1jhcfw1koxxc4on 8ivo

Paylaş: