baki gunes

Günəşdə aktivliyin artması səbəbindən oktyabrın 9-da Yer kürəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Laboratoriyanın hesablamalarına əsasən, Günəşdən ötən gün ayrılan plazma buludunun Yerə çatması təxminən üç gün çəkəcək.

Məlumata görə, gözlənilən maqnit qasırğası 10–12 saat davam edə və G1-G2 səviyyəsinə yüksələ bilər.

Alimlər hazırda Günəşdə aktiv sahələrin artımının dayandığını, qeydə alınan alışmaların intensivliyinin isə azaldığını bildiriblər.

Qeyd edək ki, maqnit qasırğası bəzi imsanlarda baş ağrısı, halsızlıq, yorğunluq kimi şikayətləri artıra bilər.

Paylaş: