789999

Sosial şəbəkələrdə gənc oğlanın həmyaşıdları tərəfindən təklənərək döyülməsini əks etdirən görüntülər yayılıb.

Globalinfo.az bildirir ki, “Bakupost”un əldə etdiyi məlumata görə, döyülən şəxs Şamaxı sakini, “İso Brazilian” ləqəbli “TikTok” istifadəçisi İsrafil Dadaşzadədir.

Məlumata görə, görüntülər təxminən bir ay əvvəl çəkilib. İddiaya əsasən, hadisəyə İsrafilin hansısa qıza mesaj yazması səbəb olub. Bundan sonra həmyaşıdlarının onu taparaq döydüyü bildirilir.

Yayılan görüntülər ictimaiyyət arasında böyük qəzəb doğurub və geniş müzakirələrə səbəb olub.

Hazırda polis əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İsrafil Dadaşzadə bundan əvvəl də “TikTok” hesabında yolda ona hücum edilməsi və döyülməsi barədə paylaşımlar edib.

Paylaş: