Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov vilayətinin Priluki şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində 4 uşağın öldüyünü açıqlayıb.
Globalinfo.az bildirir ki, Zelenskinin sözlərinə görə, ölən uşaqlardan üçü cəmi bir yaşında, digəri isə 8 yaşında olub.
Ümumilikdə 18 nəfərin öldüyü bildirilir.
Onlarla insan yaralanıb, onların arasında 7 uşaq da var.
Xilasedicilər dağıntılar altında axtarışları davam etdirir. Zelenski hücumu qəsdən törədilən terror aktı kimi qiymətləndirib.
Əliyar Xəlil