IMG 0820

ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatların çox yaxın zamanda başa çatacağını bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ Prezidenti İran ilə hərbi münaqişənin sona çatmasının dünya bazarında yanacağın qiymətinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olacağını yenidən deyib.

“Müharibəni dayandırdığımız andan neftin qiyməti kəskin şəkildə düşəcək. Bu, çox tezliklə baş tutacaq. Biz məsələni bu və ya digər şəkildə həll edəcəyik”, – deyə Tramp bildirib.

Tramp neftin qiymətində hətta müharibə başlamamışdan əvvəlki göstəricilərdən də aşağı səviyyənin müşahidə edilə biləcəyini vurğulayıb. 

Paylaş: