5c9f8aee 32f5 4e47 b271 d17cca0827a2

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, iclasda müxtəlif liqaların matçlarndakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. Komitə 3 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

AFFA U-14 Liqasında keçirilməsi nəzərdə tutulan “Səbail” – “Zəfər” oyunu “Səbail”in oyun protokolunu doldurmaması və ev sahibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən baş tutmayıb. Buna görə “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasında “Hilal Ağsu” – “Şamaxı” matçında isə meydan sahiblərinin ehtiyat heyətə Əsasnamənin tələblərini pozaraq 9 futbolçu əlavə etdiyi müəyyənləşib. Nəticədə “Hilal Ağsu” 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Həmin gün AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan “Polad” – “Sumqayıt City” oyunu da baş tutmayıb. “Polad” komandasının təyin olunmuş vaxtda oyuna gəlməməsi səbəbindən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb.

Paylaş: