What Accessories Do I Need For My Car scaled 1

Lerikdə iki yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, qəzalardan biri rayonun Blaband kəndində qeydə alınıb.

Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121” (“Niva”) markalı avtomobil hərəkətdə olarkən “UAZ” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Niva”da olan 3 nəfər xəsarət alıb.

Onlardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırov ağır xəsarət alıb. O, kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Digər qəza Lənkəran-Lerik magistralının 39-cu kilometrində baş verib.

Lerik rayonunun Zenoni kənd sakini, 1985-ci il təvəllüdlü Həmid Heybət oğlu Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü və onun həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayıl Maşallah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hər iki fakt üzrə araşdırma aparılır.

Paylaş: