ramil seydayev

“Neftçi” klubu yeni transferini açıqlayıb.

Globalinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin II Liqa təmsilçisi “Kocaelispor” olub.

Paylaş: