Dünyaca məşhur hüceyrə və şəxsi qulluq brendlərindən biri olan “Baylis Harding” əl sabunlarının bəzi doldurma şüşələrində aparılan müntəzəm mikrobioloji testlər zamanı bakteriya aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sozcu” nəşri məlumat yayıb. Brlə ki, aparılan laboratoriya analizləri nəticəsində məhsullarda “Pluralibacter gergoviae” bakteriyasının olduğu müəyyən edilib.
Mütəxəssislər bildirir ki, bu bakteriya xüsusilə immunitet sistemi zəif olan, həmçinin dərisində kəsik, yara və ya zədə bulunan şəxslər üçün ciddi infeksiya riski yaradır.
Səhiyyə və aidiyyəti qurumlar potensial təhlükənin qarşısını almaq məqsədilə genişmiqyaslı geri çağırma əməliyyatına başlayıb. İstehlakçılardan müəyyən edilmiş partiya nömrələrinə sahib məhsullardan istifadə etməmək və onları geri qaytarmaq xahiş olunur.
Qeyd edək ki, həmin brendin məhsulları Bakıda da satılır.
Tahir Turan
Globalinfo.az