4455

Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***15:21

Bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

    “Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir”, məlumatda deyilir.

    Paylaş: