2025 11 12 15 20 12ZUFMT4Bd8czyYbsdOTqe file

27 sentyabr 2020-ci il Azərbaycanın Vətən müharibəsinə başladığı tarix kimi yadda qalıb. 44 gün davam edən döyüşlərdə iştirak edənlər arasında ehtiyatda olan baş leytenant, qazi Sənan Həsənov da olub.

Globalinfo.az xəbər verir ki, Sənan Həsənov müharibənin ilk günlərindən cəbhə xəttində döyüşüb. Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdən birində yaralanan qazi kəllə-beyin travması alıb və doqquz güllə yarası keçirib.

Onun müharibə ilə bağlı ən ağır xatirələrindən biri isə döyüş yoldaşlarını itirməsidir.

Süjetdə Sənan Həsənov 44 günlük müharibə zamanı yaşadıqlarından, yaralanmasından, şəhid olan silahdaşlarından və müharibədən sonrakı həyatından bəhs edir.

Ətraflı məlumat: APA TV

Paylaş: