Türkiyənin tanınmış aktrisası Berna Laçın saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Ankara Baş Prokurorluğu aktrisa barəsində “xalqı kin və düşmənçiliyə çağırmaq” ittihamı ilə istintaqa başlayıb.
Araşdırma çərçivəsində polis əməkdaşları Berna Laçının yaşadığı evdə axtarış keçirib. Axtarışdan sonra aktrisa saxlanılıb.