Türkiyə İsveçdən 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib

Türkiyə Parlamentinin İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesini təsdiq etmək üçün Ankara Stokholmdan 130-a yaxın terrorçunun ekstradisiyasını tələb edib.

Globalinfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Muğlada gənclərlə görüşü zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu tələbini İsveç yerinə yetirməyib.

O qeyd edib ki, İsveç küçələrində PKK tərəfdarlarının nümayişləri davam edir və Türkiyə bununla bağlı xəbərdarlıq edib:

“Amma təəssüf ki, indiyədək PKK/PYD-nin nümayişlərinin dayandırılması ilə bağlı heç bir addım atılmayıb”.