73f4c17f57b71083db96

Seçkilərin yekun nəticələri müəyyən olub.

Globalinfo.az xəbər verir ki, ümumilikdə 30 530 157 səs sayılıb. Azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi olub.

Bildirilib ki, seçici fəallığı 49,8 faiz olan seçkilərdə Məsud Pezeşkian 53,6 faiz səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Səid Cəlili isə 13.538.179 səs toplayıb.

***

DİN elan etdiyi son rəsmi məlumatda sayılan səslərin ümumi sayının 20 611 971-ə çatdığı bildirilib.

Hazırkı nəticəyə görə, Məsud Pezeşkian 11,120,924 səs toplayaraq, rəqibindən kəskin fərqlə irəlidədir. Səid Cəlili isə 9 097 993 səs toplayıb.

***

İranda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin rəsmi nəticəsi elan edilib.

Globalinfo.az xəbər verir ki, hazırda 2,5 milyon səslə Məsud Pezeşkian liderlik edir. Səid Cəlili 2,3 milyon səs toplayıb.

İndiyə qədər 15.750 sandıq sayıldığı bildirilir.

***

Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər sayılan bülletenlərə əsasən, Pezeşkian 8 milyon 200 min, Cəlili 6 milyon 800 min səs toplayıb.

***

Qeyri-rəsmi məlumata görə, Sistan və Bəlucistan əyalətində səslərin 89 faizi Pezeşkiana verilib.

***

İranda 5 iyulda keçirilən prezident seçkilərinin ikinci turu üçün xarici ölkələrdəki seçki məntəqələrinin bəzilərinin nəticələri elan edilib.

Avstraliya

cəmi 735 səs:

– Məsud Pezeşkian – 487 səs

– Səid Cəlili – 212 səs

36 səs etibarsız hesab edilib.

Yaponiya

Cəmi 1116 səs:

– Məsud Pezeşkian – 634 səs

– Səid Cəlili – 403 səs

80 səs etibarsız hesab olunub.

Malayziya

Cəmi 229 səs:

– Məsud Pezeşkian – 112 səs

– Səid Cəlili – 88 səs

29 səs etibarsız hesab edilib.

Şərqi Timor

cəmi 16 səs

– Məsud Pezeşkian – 9 səs

– Səid Cəlili 6 səs

1 səs etibarsız sayılıb.

Cənubi Koreya

cəmi 287 səs:

– Məsud Pezeşkian – 194 səs

– Səid Cəlili 78 səs

16 səs etibarsız hesab edilib.

Tailand

Cəmi 217 səs:

– Məsud Pezeşkian – 121 səs

– Səid Cəlili 84 səs

12 səs etibarsız sayılıb.

Sinqapur

cəmi 133 səs:

– Məsud Pezeşkian – 94 səs

– Səid Cəlili 33 səs

6 səs etibarsız sayılıb.

***

Sistan və Bəlucistan əyalətinin İrəndeqan Xaş bölgəsində Pezeşkian 4.851, Cəlili 93 səs, Kirmanşahın İslamabad Qərb rayonunda Pezeşkian 50.000, Cəlili isə 1.700 səs toplayıb.

Qeyd edək ki, səsvermə yerli vaxtla 00:00-da başa çatıb. Hazırda səslər sayılır.

Hələlik ilkin rəsmi açıqlama yoxdur.

***

Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsində səslərin bir qismi sayılıb.

İran mediasının məlumatına görə, Məsud Pezeşkian 15.300, Səid Cəlili isə 1.731 səs toplayıb.

***

Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Globalinfo.az Axar.az-a istinadən əbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.

Qeyd edək ki, kəndlər və qəsəbələrdə seçici sayı az olduğuna görə səsvermə tez bitib və sandıqlar açılaraq səslər sayılıb.

Böyük şəhərlərdə isə səsvermə davam edir. İran Seçki Qərargahının rəhbəri Möhsün İslami səsvermənin 00:00-a qədər uzadıldığını bildirib.

Paylaş: