kadirov

Çeçenistan rəhbəri Ramzan Kadırov “Rusiyanın fəxri memarı” mükafatına layiq görülüb.

Globalinfo.az-ın məlumatına görə, bu barədə “Chechen today” məlumat yayıb. Belə ki, mükafatı Rusiya Baş nazirinin müavini Marat Xusnullin Vladimir Putin rayonundakı Əhməd-Hacı Kadırov bulvarının açılışı zamanı təqdim edib.

Xusnullin Kadırovu rayonun baş memarı adlandırıb.

“Bu gözəl rayon şəxsən Ramzan Axmatoviç tərəfindən düşünülüb və layihələndirilib. Ramzan Axmatoviç, çox sağ olun. Sizi bir daha təbrik etmək istəyirəm və inanıram ki, şəxsən siz bütün bu layihələrin baş memarısınız”, – deyə o bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: