5341789923306054860

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Çeçenistan rəhbəri Ramzan Kadırova 1-ci dərəcəli “Şöhrət və Şərəf” ordenini təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Moskva24” məlumat yayıb.

Belə ki, mükafatlandırma mərasimi Kadırovun 50 illik yubileyi ilə eyni vaxta təsadüf edib.

Tədbir çərçivəsində Ramzan Kadırov Çeçenistan rəhbəri kimi yeni səlahiyyət müddətinin icrasına da rəsmən başlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: